Özünü kəndirdən asan kişini son anda - Yoldaşı xilas etdi

24 Aprel 2016 22:23 (UTC+04:00)

Hadisə aprelin 24-də axşam saatlarında rayonun Mamusta kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Seyran Yaşar oğlu Hacıyev yaşadığı evdə kəndirdən özünü asıb. Vaxtında özünü çatdıran həyat yoldaşı S.Hacıyevin ölümünün qarşısını alıb.

Hadisə yerinə dərhal sahə həkimi çağırılıb. Müvafiq ilkin tibbi yardımdan sonra S.Hacıyev xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


APA