Türkiyədə növbəti terror - 2 ölü, 2 yaralı

25 Aprel 2016 11:59 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mardində PKK-lılar tərəfindən həyata keçirilən terror aktı əsgər ölümünə səbəb olub. Əldə hazırlanmış qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

Hazırda hadisə yerində polis əməliyyat keçirir.

Aydan AXUNDOVA