Avtobus piyadanı vuraraq öldürdü - Bakıda

25 Aprel 2016 13:14 (UTC+04:00)

Ə.Məmmədəliyev küçəsində Astara rayon sakini 35 yaşlı Ramin Məmmədov idarə etdiyi 93 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini 20 yaşlı Nicat Məmmədovu vurub.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, "Daewoo" markalı sərnişin avtobusu "Monello" MMC-yə məxsusdur.

Report.az