Ər və arvadını taxta ilə döyüb - 8 minlik qızıl apardı

25 Aprel 2016 13:31 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına isitnadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon sakinləri Azər Mirzəyevə və arvadı Təranəyə taxta parçası ilə xəsarət yetirib evdən 1000 manat pul, 8000 manat dəyərində qızıl əşyalar və 2 ədəd mobil telefon aparmış şəxs müəyyən edilib.

Cəlilabad sakini Qalib Abdullayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.