Bakıda ağır qəza - Piyada öldü

25 Aprel 2016 14:22 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 25-də saat 01 radələrində Nəsimi rayonunun A.Məhərrəmov küçəsində Bakı şəhər sakini Kamil Xanəliyev idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.