SOCAR-ın Türkiyədəki törəməsinə yeni baş direktor - Təyinatı

25 Aprel 2016 17:28 (UTC+04:00)

Z. Qəhrəmanov bu vəzifədə 2008-ci ildən tutduğu postdan istefa verən "SOCAR Turkey Energy"nin baş icraçı direktoru (CEO) Kənan Yavuzu əvəz edəcək.

İdarə Heyətinin sədri Vaqif Əliyev K. Yavuza "SOCAR Turkey Energy" şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z. Qəhrəmanova yeni vəzifəsində uğurlar arzu edib: "Kənan Yavuz fəaliyyəti ərzində "SOCAR Turkey" şirkətinə xidmət edib, onun rəhbərliyi altında Şirkət uğurlara imza atıb. CEO fəaliyyəti ərzində o, həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılmasına, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz Qrup Şirkətlərimizdəki İdarə Heyətinin üzvlüyünü davam etdirəcək".

APA.az