Azərbaycanda iki sığorta şirkəti birləşir

25 Aprel 2016 19:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə fins.az-a "Günay Sığorta" şirkətinin idarə heyətinin sədri Vüqar Rəcəbov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Sənədlərin toplanması işi gedir. V.Rəcəbov bildirib ki, proses 2 ay və daha çox çəkə bilər. Bütün işlər vaxtında yekunlaşarsa, konsolidasiya iyun ayında baş tutacaq.