Bu gecə 2 erməni hərbçi məhv edilib

26 Aprel 2016 10:37 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, atəşkəsi pozan düşmən mövqelərinə Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində müqavilə ilə xidmət edən 2erməni hərbçi öldürülüb. Bunlar 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyandır.

Aydan AXUNDOVA