Avtobusun törətdiyi qəzada ölən polisin kimliyi - Açıqlandı

26 Aprel 2016 12:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aprelin 25-də saat 08 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi "Mercedes" və İsmayıl Babayevin idarə etdiyi "İsuzu" markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami RPİ tərəfindən araşdırma aparılır.