Zakir Qaralov İlhamə Quliyevanın köməkçisinin yaxınları ilə görüşəcək

26 Aprel 2016 13:23 (UTC+04:00)

Vəkil Vasif Mirzəyevin verdiyi məlumata görə, Z. Qaralaov onları aprelin 29-da qəbul edəcək: "Biz Mehriban Hüseynovanın işi ilə bağlı baş prokurorla görüşmək üçün müraciət etmişdik".

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva fevralın 25-də vəfat edib.

APA.az