Sarkisyan generalları işdən qovdu – Aralarında müdafiə nazirinin müavini də var

26 Aprel 2016 14:17 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prezident Serj Sarkisyan fərman verib. Məlumata görə, eyni zamanda bir sıra yüksək rütbəli hərbçilər də işdən qovulub.

Vəzifəsindən azad olunanlar arasında rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan da var.

Bir sıra erməni ekspertlər hesab edirlər ki, generalların işdən azad edilməsi Qarabağ münaqişəsi zonasındakı yaranmış vəziyyətlə əlaqəli ola bilər.