Sabiq polis işçisi həbs edildi

26 Aprel 2016 14:54 (UTC+04:00)

Keçmiş polis dələduzluqda ittiham olunaraq bu ilin fevral ayından axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Tahir Qurbanov Biləsuvar rayonunda saxlanılıb.

T.Qurbanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O uzun müddət Xaçmaz RPŞ-nın İstintaq İdarəsinin Bölmə rəisi vəzifəsində işləyib.

Qafqazinfo.az