İlhamə Quliyeva oğlunun nişanlanmasından danışdı

15 Noyabr 2012 16:00 (UTC+04:00)
Sosial şəbəkələrdə xalq artisti İlhamə Quliyevanın oğlunu nişanlaması xəbəri yayıldı. Bu xəbər bəzilərini sevindirsə də, bəzilərinin əhvalını pozdu. Hamı "İlhamə xanım niyə bizi oğlunun nişanına dəvət etməyib" sualının cavabını axtardı.

Səhnəmizin "primadonna"sı İlhamə Quliyeva ATV telekanalında aparıcı Zaur Baxşəliyevə açıqlamasında oğlunun nişanlanması xəbərinin şayiə olduğunu desə də, bunu yayan insanlara "mesaj" da göndərdi: "Mən bilirəm bu şöhbəti kim yayıb? Heç narahat olmayın. Nə vaxt belə bir şey olsa, onu bütün Azərbaycan biləcək. İlhamə toy edə, hər kəs də bundan xəbərsiz ola? Mümkünsüz bir şeydir".

Bahar Rüstəmli

AzNews.az