İşdən çıxarılan erməniləri rus generallar əvəzləyəcək?
26 Aprel 2016 17:17 (UTC+04:00)
Bir sıra erməni ekspertlər isə hesab edirlər ki, generalların işdən azad edilməsi Qarabağ münaqişəsi zonasındakı yaranmış vəziyyətlə əlaqəli ola bilər.
Sabiq MTN-çi Sülhəddin Əkbər AzNews.az-a açıqlamasında generalların tutduqları vəzifədən uzaqlaşdırılmasının Ermənistanın daxili ictimai-siyasi vəziyyətilə bağlı olduğunu düşünür: "Qarabağda baş verən son olaylardan sonra Ermənistanda ictimai-siyasi fəallıq artıb. Həm müxalifət, həm də cəmiyyət tərəfindən siyasi rəhbərlərə təzyiqlər var. Siyasi rəhbərlik isə "günah keçisi" axtarır. Rəhbərlik isə bu dəyişikliyi etməklə gərginliyi azatmağa çalışır".
S.Əkbər işdən azad olunan şəxslərin yerinə rus generallarının təyinatı ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib. Onun fikrincə, Rusiyanın generalları lazım olan vaxtlarda həm Ermənistana, həm də Dağlıq Qarabağa səfər edir: "Birbaşa təyinata ehtiyac yoxdur. Generallar lazım olan təlimlərini verib gedirlər. Onsuz da Ermənistan strateji baxımından onların nəzarətindədir".
Bahar RÜSTƏMLİ
AzNews.az