Leyla Əliyeva FAO-nun rəsmiləri ilə görüşdü

26 Aprel 2016 18:25 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, görüşdə paytaxtda təşkil olunan Forumun ideya və məqsədlərinin müasir dövrdə böyük əhəmiyyət daşıdığı qeyd edilib, tədbir çərçivəsində aprelin 25-də keçirilən Gənclər Forumunda da qaldırılan məsələlərin və səslənən fikirlərin önəmi vurğulanıb. Leyla Əliyeva ətraf mühitin qorunması ilə bağlı fikirlərini bildirib.

Söhbət zamanı, həmçinin dünyada aclıqla mübarizə, Xəzərdə nərə balığının artırılması və məktəblərdə düzgün qidalanma kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.