Azərbaycan vətəndaşı tutuldu - Rusiyada

26 Aprel 2016 20:42 (UTC+04:00)

Onu Kamışin rayonunun polis əməkdaşları tutublar.

Kamışin Polis Şöbəsindən bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxsdən 2015-ci ilin dekabrında Kamışında ona Rusiyada yaşayış üçün verilən sənədlər tələb olunub. Saxlanan şəxs isə sənədləri təhvil verib. Eskpertlərin araşdırması nəticəsində həmin sənədin saxta olduğu üzə çıxıb.

Şübhəli şəxs barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 327-ci (bilə-bilə saxta sənəddən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb. İndi bu maddə ilə onu altı ay məhbus həyatı gözləyir.

Hazırda şübhəli şəxs xarici vətəndaşlar üçün nəzərdə tutulan müvəqqəti saxlanılma müəsisəsinə yerləşdirilib.

Ans press