Erməni parlamentardan etiraf - Orduda ciddi problemlər var

26 Aprel 2016 23:17 (UTC+04:00)

Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlı olub. "İstefalar davam etdirilə bilər", - deyə o əlavə edib.

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən yeni problemlərin olduğunu aşkara çıxarıb: "Aşkara çıxarılan problemlərin yeni həlli gərəkdir".

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.


APA