Türkiyə ordusundan İŞİD-ə ağır zərbə - 11 ölü

27 Aprel 2016 00:15 (UTC+04:00)

AzNews.az-ın APA TV- yə istinadən məlumatına görə, türk ordusuna məxsus T-155 "Fırtına" özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbəli yaşayış binası da Türkiyə ordusu tərəfindən vurulub. Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terroristlər məskunlaşıbmış. Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.