Müdafiə Nazirliyindən cəbhədəki gərginliklə bağlı - Açıqlama

27 Aprel 2016 00:20 (UTC+04:00)

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: "Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır".