Gürcüstan vətəndaşında narkotik və silah-sursat - Aşkarlandı
27 Aprel 2016 13:30 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Samir Əliyevdən 2,320 qram heroin, süngü-bıçaq, 22 ədəd avtomat patronu və 1 ədəd patron darağı götürülüb.