Bakıda tanınmış biznesmen özünü asdı - Foto

27 Aprel 2016 16:13 (UTC+04:00)

Hüquq-mühafizə orqanlarından əldə olunan məlumata görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən "Dortek" mağazasının zirzəmisində asaraq intihar edib.

38 yaşlı B.Aslanov Bakıdakı "Dortek" mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az