Vahid Ələkbərov dünyanın ən zəngin 100 nəfərindən biridir

16 Noyabr 2012 05:48 (UTC+04:00)


"Bloomberg" dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb. Siyahıda 100 nəfərin adı qeyd olunub ki, onların arasında dəmir mədənlərinin sahibi ilə yanaşı, hətta it üçün yem hazırlayan şirkətin sahibi də var.

Siyahıda yer alan 100 nəfərin gəliri birlikdə 2,7 trilyondur ki, bu da dünyanın beşinci ən böyük iqtisadiyyatına malik olan Fransanın milli gəlirinə bərabərdir.

Siyahıda Bill Geyts kimi məşhur iş adamları ilə bərabər dünyanın tanımadığı şəxslərin də adı yer alır. Meksikalı iş adamı Karlos Slimin 77,5 milyadr dollarla başçılıq etdiyi siyahıya bir azərbaycanlının da adı daxil edilib. Bu da Rusiyada yaşayan həmyerlimiz Vahid Ələkbərovdur. Məlumata görə "Lukoil" şirkətinin rəhbəri olan iş adamının sərvəti 12.4 milyard dollar təşkil edir.

Elnarə Əlosmanqızı
AzNews.az