Hərbi Prokurorluğun əməkdaşları - Cəbhə bölgəsində
27 Aprel 2016 17:47 (UTC+04:00)
Respublika Hərbi Prokurorluğunun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirməklə Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirirlər.
Görüşlərdə şəxsi heyətin vətənpərvərlik, dostluq, qardaşlıq mühitinin formalaşdırılması, qarşılıqlı, sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi barədə maarifləndirici söhbətlər aparılır.
Bununla yanaşı, bu günlərdə Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları könüllü olaraq əmək haqlarının 20 faizini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüblər.
Azərtac.az