Bakıda balıqçılar arasında dava: 4 dəfə atəş açıldı - Fotolar

27 Aprel 2016 18:15 (UTC+04:00)

Hadisə rayonun Süleyman Bağırov küçəsində baş verib.

Bağ evlərindən birində baş verən hadisə zamanı əvvəllər məhkum olunmuş, 56 yaşlı Ziyafət Manafov eyni evdə yaşadığı 53 yaşlı Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R. Əhmədova dəyməyib. Hadisə yerindən 4 ədəd giliz götürülüb.

Qonşuların sözlərinə görə, silahlı insdentin iştirakçıları bu ərazidə kirayədə qalıblar və balıq ovu ilə məşgul olublar.

Hadisədən sonra Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisəni törədən Ziyafət Manafov saxlanılıb və istintaqa təhvil verilib.

İnsidentin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin "Xuliqanlıq" maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.





Musavat.com