Türkiyədə növbəti terror - Ölən və yaralılar var + Video, Yenilənib

28 Aprel 2016 00:23 (UTC+04:00)

Hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Hadisənin yerli vaxtla 17:26-da baş verdiyi bildirilir.

Bursa administrasiyasının məlumatına görə, patlayış terrorçu-intiharçı tərəfindən törədilib.

Ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib ki, terrorçunun cəsədi 25 yaşlı qadına məxsusdur.

"DİN intiharçının kimliyini müəyyən edir və onun bağlı ola biləcəyi qurumlar haqqında məlumat toplayır", deyə nazir qeyd edib.

Trend

***
20:06

Türkiyənin Bursa şəhərinin mərkəzində yerləşən məsciddə partlayış baş verib.

Partlıayış nəticəsində bir nəfər həlak olub daha 7 nəfər isə yaralanıb.

Hazırda ərazi polis və təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil.

İlkin ehtimal kimi, məsciddə partlayışın terror hadisəsi olduğu bildirilir.

Ans press