Ermənistanda orduya çağırış möhləti ləğv edilir

27 Aprel 2016 23:57 (UTC+04:00)

Bu barədə hökumət aparatının rəhbəri David Arutünyan bildirib.

"18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır. Bir ay ərzində müvafiq qanun layihəsi parlamentə təqdim ediləcək", deyə D.Arutünyan parlamentdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, istisnalar yalnız hərbi sənaye ilə əlaqəli ixtisaslara şamil olunacaq.


APA