Yaşayış binasında yanğın baş verdi - Bakıda

28 Aprel 2016 11:45 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 73 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, ev əşyaları 5 kv.m sahədə və eyvana yığılan əşyalar 2 kv.m sahədə yanıb.

Yüksək temperaturdan otağın divarları və qapısı 28 kv.m. sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 9:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.