Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşdü
28 Aprel 2016 12:16 (UTC+04:00)
Heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: "Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb".
O qeyd edib ki, "Qara inək fermer təsərrüfatı" MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: "Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib".
Report.az