Azərbaycan və Vyetnam arasında əməkdaşlıq haqqında - Fərman

28 Aprel 2016 23:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2016-cı il martın 8-də Hanoy şəhərində imzalanmış Saziş təsdiq edilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.