Sərxoş kişi su arxına yıxılaraq boğulub öldü

29 Aprel 2016 00:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 28-i axşam saatlarında rayon Qum kəndində qeydə alınıb. Qum kənd sakini, 64 yaşlı İbrahim Məmmədovun meyiti yaşadığı evin yaxınlığından axan su arxında qonşuları tərəfindən aşkar olunub. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, İ. Məmmədov sərxoş vəziyyətdə su arxına yıxılıb və boğularaq ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.