Sahil qəsəbəsinin küçələri təmir olunur

29 Aprel 2016 10:37 (UTC+04:00)
"Azəravtoyol" ASC-dən AzNews.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində Emin Quliyev küçəsinin 3600 m2 , Zahid Qasımov küçəsinin 3700 m2 , Rövşən Rzayev küçəsinin 1500 m2 , Bəxtiyar Əliyev küçəsinin isə 4200 m2 hissələri olmaqla, ümumilikdə 13 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.



Bundan başqa Emin Quliyev küçəsində 400 paqon-metr səki daşı da yenisi ilə əvəzlənib.