Şamaxıda üç “Mercedes” toqquşdu - 6 nəfər ağır yaralandı

29 Aprel 2016 10:48 (UTC+04:00)

Ötən gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində 02-BN-213 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn 90-GL-244 dövlət nömrə nişanlı, "Mercedes"lə toqquşub. Zərbənin təsirindən avtomobillər yolla hərəkət edən 99-HC-092 dövlət nömrə nişanlı başqa "Mersedes"ə çırpılıb. Hadisə zamanı Şamaxı və Göyçay sakinləri olan 1960-cı il təvəllüdlü Səmədov Əliağa Əlihəbib oğlu, 2001-ci il təvəllüdlü İlyasova Şəlalə Elşən qızı, 1965-ci il təvəllüdlü Qürbətova Qızxanım Təvəkkül qızı, 1962-ci il təvəllüdlü Məmmədova Xalidə Dadaş qızı, 1961-ci il təvəllüdlü Zərbəliyev Novruz Təvəkkül oğlu, 1972-ci il təvəllüdlü Zərbəliyeva Mirvari Təvəkkül qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

APA.az