Qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər - Aşkar edildi

29 Aprel 2016 11:12 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" və "Xanoba" gömrük postlarının nəzarət zonalarına daxil olan nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş cəmi 30840 ədəd "NZ Gold Compact" və "Belomorkanal" markalı siqaretlər aşkar edilərək götürülüb.



Bütün faktlarla bağlı araşdırma aparılır.