İcra başçısının oğluna mühüm vəzifə verildi - Prokurorluqda dəyişiklik

29 Aprel 2016 11:48 (UTC+04:00)

Azvision.az xəbər verir ki, Mehman Qocayev Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

O, bundan öncə Baş Prokurorluqda idarə prokuroru vəzifəsində işləyib.

Qeyd edək ki, Mehman Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin oğludur.

Mia.az onu da bildirir ki, Alı Qocayev həm də spiker Oqtay Əsədovla qudadır. İcra başçısının oğlu Oqtay Əsədov hələ "Azərsu" ASC-nin sədri olanda onun qızı ilə ailə qurub.