Sabirabad sakini özünü güllələdi

29 Aprel 2016 12:55 (UTC+04:00)

Sabirabad rayonunun Bulduğ kənd sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Ruhid Hafiz oğlu ötən gecə ov tüfəngi ilə başına açaraq intihar edib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Sabirabad rayon prokuroluğunda araşdırma aparılır.

APA.az