Qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandı

29 Aprel 2016 13:32 (UTC+04:00)

Hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayə yaşayan 28 yaşlı Gülnar Abbasova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər bıçaqlanan Gülnar Abbasovada döyülmə xəsarətlərinin də olduğunu deyiblər. Hadisə barədə polisə məlumat verilib. Qadın əməliyyatdan sonra dindirilib. Zərərçəkən polislərə bildirib ki, onu keçmiş həyat yoldaşı bıçaqlayıb.

Belə ki, onun kirayə yaşadığı evə gələn keçmiş əri səbəbsiz yerə mübahisə etməyə başlayıb. Əvvəlcə onu döyüb daha sonra isə bıçaqlayıb. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.

Kepeztv.az