Ağdamda 76 evə ziyan dəyib - 14-ü tamamilə dağıdılıb

29 Aprel 2016 13:45 (UTC+04:00)


Bunu jurnalistlərə Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov deyib.

İcra başçısının müavini qeyd edib ki, həmin evlərin 14-ü tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, son günlər ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ermənilər əsasən, dinc əhalini hədəfə alıblar.