Moskvada 720 azərbaycanlı “bomj” var - Şok statistika

29 Aprel 2016 14:01 (UTC+04:00)

Məlumata görə, Potyayeva paytaxtda təxminən 12 min nəfərdək "bomj" olduğunu deyib.

Onlarnı 59%-nin Rusiyanın başqa regionlarından və qonşu ölkələrdən gəldiyini xatırladan hüquq müdafiəçisi "bomj"ların milli tərkibini də açıqlayıb.

Statistikaya görə, Rusiya paytaxtındakı "bomj"ların 14%-i Moksvanın keçmiş sakinləri, 9%-i isə Moskva vilayətinin sakinləridir.

Qalan "bomj"ların 59%-ı isə digər Rusiya subyektlərindən gələn vətəndaşlardır.

Əcnəbilər ümumi "bomj"ların 18%-ni təşkil edir. Onlar arasında ukraynalılar 38%, belaruslar 30%, Özbəkistan vətəndaşları 7% və Azərbaycan vətəndaşları 6% (720) təşkil edir.

Modern.az