İranın 700 şəhərində İsrail əleyhinə aksiya
16 Noyabr 2012 08:36 (UTC+04:00)
Bu gün İranın 700 şəhərində İsrail əleyhinə aksiya keçiriləcək. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, aksiyaya səbəb İsrailin Qəzza sektoruna aviazərbələr endirməsi və geniş miqyaslı əməliyyatlar keçirməsidir.
Mitinqin koordinasiya şurasının yaydığı məlumata görə, onlar artıq 5 gündür ki, davam edən qırğınlara etirazlarını bildirəcəklər. Günorta namazından sonra isə etiraz əlaməti olaraq bütün müsəlmanlar aksiyalara qoşulacaqlar.
Sadiq Musa
AzNews.az