Xarici jurnalistlər Ağdamda ermənilərin atəşi nəticəsində yanan evdə - Fotolar

29 Aprel 2016 16:19 (UTC+04:00)

Kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.

Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb.

Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib.

APA.az