Məleykə Abbaszadə: “Sosial şəbəkələrdən istifadə edirəm”

29 Aprel 2016 18:39 (UTC+04:00)


Bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN radio"nun "Qəbuldasan" verilişində deyib.

O bildirib ki, Ana dili və Riyaziyyat fənnindən buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: "Amma hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında olan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun".