Kredit qadağası uzadılacaq? - Video

30 Aprel 2016 10:33 (UTC+04:00)

Maliyyə bazarına nəzarət palatasının Direktorlar Şurasının qərarına əsasən, 1 ay-yəni mayın 5-ni kimi dollarla kredit verilməsinin qadağan edilməsi vətəndaşların işini çətinləşdirir. Baxmayaraq ki, manatla kredit verən banklar var, ancaq bu prosesi həyata keçirən bankların sayı məhdudur. Nəticədə vətəndaşlar lombardlara, sələmçilərə üz tutmaq məcburiyyətində qalır, yüksək faizlə vəsait götürürlər.

Millət vəkili Əli Məsimlinin fikrincə, palata müəyyən etdiyi tarixi uzadarsa, bu vətəndaşların qarşılaşdıqları problemləri artıracaq

Palatanın tövsiyyəsinə əsasən pensiyaçılara kredit verilməsi də dayandırıla bilər. Problemli kreditlərinin artmasının qarşısını almaq üçün atılan bu addım pensiyaçıları yalnız təqaüdlə kifayətlənməyə məcbur edir.

Millət vəkili Əli Məsimli deyirki, əslində krediti ödəməkdə pensiyaçılar çətinlik çəkirsə, bu bankların məsuliyyətsizliyidir. Çünki kredit verərkən vətəndaşın krediti ödəmə qabiliyyətinin olub-olmamasını öyrənilmir. Əks halda kütləvi qadağa ədalətli sayılmır.

Xezerxeber.com