Bəxtiyar Hacıyev hərbi xidmətə çağırılmasından danışdı

16 Noyabr 2012 09:37 (UTC+04:00)
"Hərbi xidmətə çağırılmağımla bağlı məsələ hazırda gündəlikdə deyil". Bunu AzNews.az-a açıqlamasında gənc fəal Bəxtiyar Hacıyev bəzi mətbu orqanlarda onun hərbi xidmətə çağırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Hazırda üzərində şərti cəzanın olduğunu diqqətə çatdıran B.Hacıyev deyib ki, gələn ilin mart ayına kimi bu şərti cəza qüvvədə qalır: "Bu xəbəri yayan saytlar mövzu qıtlığından bunu ediblər. Onlar mənim bu məsələyə ciddi reaksiya verəcəyimi düşünüblər və süni qalmaqal yaratmağa çalışıblar".

Vasif Həsənli
AzNews.az