“Nissan“ “Kamaz“a çırpıldı - 4 nəfər yaralandı

30 Aprel 2016 16:58 (UTC+04:00)

Hadisə Bakı-Qazax magistral yolunun 197-ci kilometrliyində, Kürdəmir rayonunun Şilyan kəndi ərazisində qeydə alınıb. Hakim Həsən oğlu Məsimovun idarə etdiyi "Nissan" markalı minik maşını yolun kənarında dayanan Kürdəmir rayonu Qaraqocalı kənd sakini Aqil Cabir oğlu İsayevə məxsus "Kamaz"a çırpılıb.

Nəticədə hər iki maşının sürücüsü və minik maşınında olan sərnişinlər - Şəmkir rayon sakinləri Tural Zöhrab oğlu Abbasov və hələlik soyadı məlum olmayan Sadiq adlı şəxs Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Region TV