Azərbaycanlının evindən meyit tapıldı - Rusiyada

30 Aprel 2016 20:04 (UTC+04:00)

İlkin məlumata görə, polis əməkdaşları onlardan birini aprelin 29-da Obuxovskaya Oborona prospekti, ev 110-da yerləşən mənzildə aşkar edilib.

Meyit barədə mənzilin sahibi, 46 yaşlı Azərbaycan vətəndaşı məlumat verib. O, miqrantın mənzildə təmir işi ilə məşğul olduğunu bildirib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Digər vətəndaşın meyiti isə bu gün tapılıb. Hər iki meyit müayinə üçün morqa göndərilib.


Oxu.Az