Təyyarə təcili eniş etdi

16 Noyabr 2012 09:43 (UTC+04:00)
İstanbul-Bağdad reysini həyata keçirən "İraq Hava Yolları"na məxsus təyyarə uçuşdan bir müddət sonra Atatürk Hava Limanına qayıtmağa məcbur olub.

Bu barədə "Haber7" telekanalı məlumat verib. Təcili enişə səbəb texniki nasazlıq olub. Təyyarənin enişi normal qaydada keçib, heç kəs xəsarət almayıb.
Sərnişinlər insidentdən iki saat sonra digər təyyarə ilə Bağdada yola salınıb.

AzNews.az