Türkiyə daha 3 şəhid verdi

1 May 2016 10:42 (UTC+04:00)

Bu gün səhər Mardinin Nusaybin rayonunda aparılan əməliyyatlar zamanı Çağçağ prospektində partlayıcı qurğunu zərərsizləşdirmək istəyən təhlükəsizlik qüvvələrinə PKK terrorçuları qumbaraatandan atəş açıblar.

Nəticədə 3 əsgər şəhid olub. Əməliyyat davam edir.


APA