Daha bir Avropa şəhərində yolka qadağası

16 Noyabr 2012 11:19 (UTC+04:00)
Brüsseldən sonra Danimarkanın paytaxtı Kopenhagendə də yeni il yolkasız qeyd olunacaq. Şəhər rəhbərliyi yolkanın qurulmasını rəsmən qadağan edib.

Belə bir qərarın qəbulunun səbəbi kimi yerli idarəetmə orqanlarında müsəlmanların səs çoxluğuna malik olması göstərilir.

Bundan başqa şəhərdə şəxsi vəsait hesabına də yeni il bəzəklərinin asılması qadağan edilib. Məlumat üçün bildirək ki, bundan əvvəl Belçikanın Brüssel şəhərində yeni ilin yolkasız keçirilməsi qərara alınıb. Yolkanı bu şəhərdə 25 metrlik ekran əvəzləyəcək. Ancaq bəzi təşkilatlar qərarların müsəlmanların diktəsi ilə qəbul edildiyini bildirirlər.

Elnarə Əlosmanqızı
AzNews.az