Bakıda iki nəfər bıçaqlandı

2 May 2016 14:38 (UTC+04:00)

Hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Qazax rayon sakini 20 yaşlı Namiq Əşrəfov kürək nahiyyəsindən, Ağstafa rayon sakini 21 yaşlı Elşən Məmmədov isə döş qəfəsindən bıçaqlanıb.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların vəziyyətləri ağırdır.

Həmin şəxslərin bir-birlərini bıçaqladığı ehtimal edilir.

Report.az