105 yaşlı qadını məktəbə çağırdılar

16 Noyabr 2012 11:55 (UTC+04:00)
İsveçdə 105 yaşlı qadın məktəbəhazırlıq qrupuna dəvət edilib. Bu barədə məlumatı "The Local" qəzeti yayıb. Məlumata görə, Anna Erikson adlı qadına dəvət məktubu poçtla göndərilib. Gələn il 6 yaşı tamam olacaq uşaqların məktəbəhazırlıq qrupuna dəvət edilən qadın bu xəbərdən çaşıb.

Qocalar evində yaşayan qadınla bağlı məsələ Təhsil Şöbəsi tərəfindən araşdırılıb. Məlum olub ki, məktub "07-ci il doğumlu" şəxslərə göndərilib. Bu zaman siyahıya 2007-ci illə yanaşı 1907-ci il də daxil edilib.

Elnarə Əlosmanqızı
Aznews.az